Zirconium və Metal keramika

Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:
  • Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
  • Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.
  • Diş ətində rənglənmə olmur – metalo-keramika qapaqların incə kənarlarında metalın təsiriylə diş ətlərində tündləşmə (tatuaj) əmələ gəlir. Zirkon qapaqlarda belə bir problem olmur və uzun müddət estetika qorunur.


Press-keramika

metalsız koronka estetik emax
Press-keramika hazırlamaq üçün diş daha az yontulur və beləcə mümkün olduğu gədər qorunur.
Dişlərin metalsız keramika ilə bərpası üçün müxtəliv növ texnologiyalar mövcutdur. Bunlardan ən müasiyi və ən yaxşı esetik nəticələr verən təzhiqlə hazırlanan (pressləmə) keramika qapaqlardır. Bu texnologiya təbii dişlərə ən yaxın görüntü verə bilən çox möhkəm, yükgül və son dərəcə gigiyenik olan, yüksək dərəcədə kristallaşan Litium disilikat (LiSi2) keramikanın istənilən formada hazırlanmasına əsaslanır. Müxtəlif rənglərdə hazırlanan keramika blokları xüsusi fırınlarda əridilir və əvvəlcədən hazırlanan diş qapaqı formalarına yüksək təziq altında axıdılır. Bu formalarda kristallaşan keramika çox dəqiq və incə qapaqların (koronkaların) hazırlanması ilə nəticələnir.

Bu texnologiya ilk dəfə Ivoclar Vivadent şirkəti tərəfindən IPS e.max Press markası altında istehsal olunsada, hal-hazırda çox sayda şirkət bu texnologiyayla məhsullar istehsal edir (DC ConceptPress, Zubler; Creation CP/CP-ZI, Creation Willi Geller; Cergo, DeguDent və sair).
Uzun illərdir stomatologiyada istifadə olunan metalo-keramika qapaqların bir ecə mənfi tərəfləri var. Bunlardan ən əsasları bu növ qapaqların ox estetik olmaması, qapaq kənarlarında və dişətində tündləşmələrə səbəb olmaları, kifayyət qədər möhkəm olmamaları, qarşıda olan dişlərin sürtünməsinə səbəb olmaları və təbii dişlər kimi şəffaf olmamalarıdır.

Bütün bu nöqsanları ortadan qaldırmaq üçün press-keramikanın istifadə olunması daha məqsədə uyğundur. Yüksək möhkəmlik (400 Mpa), minimal müdaxilə tələb edən (ən az yontulma) və son dərəcə dəqiq restavrasiyalar, 4 mərhələli şəffaflıq tənzimlənməsi və buna bağlı olaraq mükəmməl estetika bu növ qapaqlaqı müasir stomatologiyanın ən yaxşı bərpa üsullarından edir.
metalsiz keramika farfor press emax
Solda metalo-keramika, sağda isə press-keramika — şəffaflıq və estetikada böyük fərq var.

Zirkon dioksid

Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü sirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Ortodontiya:Breket,Plastinka

Metal Keramika Və Zirconium(metalsız) Keramika dişlər.

Dişlərin Daxili Quruluşu