Metal Keramika Və Zirconium(metalsız) Keramika dişlər.
Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:
Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.
Diş ətində rənglənmə olmur – metalo-keramika qapaqların incə kənarlarında metalın təsiriylə diş ətlərində tündləşmə (tatuaj) əmələ gəlir. Zirkon qapaqlarda belə bir problem olmur və uzun müddət estetika qorunur.
Press-keramika hazırlamaq üçün diş daha az yontulur və beləcə mümkün olduğu gədər qorunur.
Bu texnologiya ilk dəfə Ivoclar Vivadent şirkəti tərəfindən IPS e.max Press markası altında istehsal olunsada, hal-hazırda çox sayda şirkət bu texnologiyayla məhsullar istehsal edir (DC ConceptPress, Zubler; Creation CP/CP-ZI, Creation Willi Geller; Cergo, DeguDent və sair).
Bütün bu nöqsanları ortadan qaldırmaq üçün press-keramikanın istifadə olunması daha məqsədə uyğundur. Yüksək möhkəmlik (400 Mpa), minimal müdaxilə tələb edən (ən az yontulma) və son dərəcə dəqiq restavrasiyalar, 4 mərhələli şəffaflıq tənzimlənməsi və buna bağlı olaraq mükəmməl estetika bu növ qapaqlaqı müasir stomatologiyanın ən yaxşı bərpa üsullarından edir
Bu mətni özünüz yazmısınız?
YanıtlaSil