Keramikanın hazırlanma üsulu.
İKeramikalar 2 yerə bölünür:
1.Metal Keramika
2.Metalsız Keramika Zircon
Keramikalar Hazırlanmamışdan öncə bunlar edilir:
1.Pasiyentin ağız boşluğunun sağlamlığına və gigiyenasına diqqət yetirilir(lazım olduğu halda damağına vitamin vurularaq müalicə olunur)
2.Pasiyentin Damağına anestezi(keyidici) vurulur
3.Sonra isə Yonulacaq dişlərin sinirləri Pulpadan çıxarılır
4.Sinirlər çıxarıldıqdan sonra dişlər yonulmağa başlayır.
5.Yonulan dişlərin ölçüsü götürülür
6.Götürülən ölçü "Diş Texniki"nə verilir
Bundan əvvəlki bütün proseslər Stomatoloqa aiddir. Bundan sonrası İsə artıq texnikə aiddir.
Diş texniki bunları edir:
1.Aldığı ölçünün modelini gips(bu normal gips deyil Super gipsdir) ilə tökür diqqətlə tökür.(ölçünün içində hava çıxmamalıdır)
2. Tökülən ölçüdə bəzi düzəlişlər olunur.
3. Xüsusi mumlar ilə onun metalını almaq üçün mum ilə yonulmuş diş forması verilir
4.Metala gedərək Metalist tərəfindən metalı düzəldilir.
5. Metala düzəlişlər edilir.
Buraya qədər hər şey sadə və normal idi. Lakin bundan sonra daha incəlik tələb edən yerlərə gəlirik.
1.Metalın üzərindən keramika atmamağı üçün ilk öncə Wosh vurulur
2.Wosh vurulduqdan sonra pasiyentin agzindaki digər dişlərin rənginə uyğun olaraq seçilir
3.Sonra Opaque(opak-rəng) vurulur.
Artıq metalın qara rəngi yox olub. Və beləliklə bunun üstünə keramika işləyə bilərik. Bir çox tanınmış firmaların Keramikaları var. Hər bie texnik müxtəlif firmalarla işləyir.
4.İlk olaraq dentin(dişin gövdəsi əsas bölgəsi) təpimi edilir.
5.Sonra isə dişin tacına(ucuna) Enamel(email-mina qatı) təpimi edilir. Bu qat şəffaf qatdır eyni dişdəki kimi.
6. Bu təpimlər 1 dəfəyə 2 dəfə 3 dəfəyə kimi davam edə bilər. Dişin forması verilənə qədər davam edir.
7. Daha sonra üzərinə Glazur(parlatıcı) vurulur
Və beləliklə diş pasiyentin yonulmuş dişlərinin üzərinə oturulur.
Pasiyentə 2-3 gün ağrı verə bilər bu dişlərin damağa tam oturmaması ilə bağlıdır. Dişlərin sayına görə dişlərin hazırlanma zamanı fərqlidir.
Bu proses Zircon üçün də eynidir amaki bəzi fərqlər var:
Metaldan istifadə olunmur
Wosh vurulmur
Opaque vurulmur(səbəb rəngi qara olmamasıdır)
Üstünə təpim olunan Keramika massası fərqlidir
©Copyright
Müəllif Hüquqları Qorunur.
Yorumlar
Yorum Gönder